20 May 2025, 14:03
FUTBOL
Lionel Messinin "İnter Mayami" karyerası ilin sonunda başa çata bilər.
Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.
Argentinalı vingerin ABŞ klubu ilə müqaviləsi 31 dekabr tarixində başa çatır. 37 yaşlı futbolçu ilə klub yeni sözləşmə barədə razılığıa gələ bilir. Artıq tərəflər arasında müqavilə danışıqlara dayandırılıb.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Ulduz futbolçu bu mövsüm MLS təmsilçisinin heyətində keçirdiyi 17 oyunda 10 qol vurub, 3 qol ötürməsi edib.