20 May 2025, 14:51
FUTBOL
Mövsümün sonunda "Espanyol"la müqaviləsi başa çatan Xavi Puado Türkiyədə çıxış edə bilər.
Matc.az xəbər verir ki, "Beşiktaş" ispan vingeri heyətinə qatmaq istəyir. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.
Puado yayda azad agent statusunda olacaq. Bunu nəzərə alan "Beşiktaş" 26 yaşlı futbolçu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Xavi Puado bu mövsüm "Espanyol"un heyətində keçirdiyi 34 oyunda 11 qol vurub, 3 qol ötürməsi edib. O, 1 dəfə İspaniya millisinin formasını geyinib.