20 May 2025, 18:50
FUTBOL
"Barselona" mərkəz müdafiəçisi İniqo Martinezlə 2026-cı ilin yayında başa çatacaq müqaviləni uzatmaq üzərində işləyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.
Bildirilir ki, Kataloniya klubu 34 yaşlı futbolçunun müqaviləsini 2027-ci ilə qədər uzatmaq istəyir. Klub Martinezin liderlik keyfiyyətlərini, eləcə də cari mövsümdə müdafiədə oynayarkən Pau Kubarsi ilə qarşılıqlı münasibətini xeyli yaxşılaşdırdığını qeyd edir. Komandanın baş məşqçisi Hans-Diter Flik də Martinezlə müqavilənin uzadılmasını istəyir.
Qeyd edək ki, Martinez bu mövsüm bütün turnirlərdə 46 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 5 milyon avrodur.