Azərbaycan 2-ci liqasında "Ayın qolu" layihəsinin qalibi – "Füzuli" futbol klubunun üzvü Elgün Abbaslı mükafatlandırılıb.

Matc.az xəbər verir ki, aprel ayının ən yaxşı qolunun müəllifinə mükafat 26-cı turun "Lerik"lə oyunundan əvvəl təqdim olunub.

Ona mükafatı Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest