İngiltərə çempionu "Liverpul" yay "transfer pəncərəsi"ndə üç hücumçu ilə yollarını ayıra bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Florian Plettenberq social şəbəkə hesabında paylaşıb.
Səudiyyə Ərəbistanı klubları uruqvaylı hücumçu Darvin Nuneslə maraqlanır.
Bildirilir ki, "Liverpul"un daha iki forvardına da təklifi var. Belə ki, yayda portuqaliyalı Dioqo Jota və kolumbiyalı Luis Diaz komandanı tərk edə bilər. Belə olan halda yeni forvard tapmağın "Liverpul" üçün prioritet olacağı bildirilir.
Qeyd edək ki, Luis Diaz bu mövsüm 49 oyunda, 17 qol və 8 məhsuldar ötürmə edib. Darvin Nunes 46 oyuna çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə edib. Dioqo Jota isə 36 matçda meydana çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.