Bu gün Azərbaycan II Liqasında sonuncu – 26-cı tura start verilib.
Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
"Lerik" və "Ağdaş" səfərdə, "Şimal" isə evdə qələbə qazanıb.
Qeyd edək ki, daha əvvəl II Liqa təmsilçilərindən "Şahdağ Qusar", "Şəfa", "Şimal" I Liqaya vəsiqəni təmin edib.
"Füzuli"nin isə növbəti mövsümdən Region Liqasında iştirak edəcəyi dəqiqləşib.
II Liqa
XXVI tur
20 may (çərşənbə axşamı)
"Füzuli" – "Lerik" - 0:1
Qol: Z.Nuruzadə, 79
Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Tural Bayramov, Niyaz Əhmədov
Şamaxı OİK stadionu
"Kür-Araz" – "Ağdaş" - 1:4
Qollar: E.Məmmədov, 57 - pen. – V.Nəsirov, 4; A.Kərimxanov, 9; E.Süleymanov, 21; Ü.Sarıyev, 40
Hakimlər: Sənan Bayramzadə, Sənan Atayev, Cavid Ömərov, Şamil İmanzadə
Heydər Əliyev adına İmişli şəhər stadionu
"Şimal" – "Göygöl" - 2:0
Qollar: T.Nəsibov, 56; C.Kəlbəliyev, 87
Hakimlər: Nəriman Ağayev, Ruslan Məmmədov, Rizvan Süleymanov, Səbuhi Bayramov
Siyəzən şəhər stadionu