20 May 2025, 21:09
FUTBOL
Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu yeni loqosunu təqdim edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Dəyişikliklər "Əl-Nəsr"in 70 illik yubileyinə təsadüf edir. Komanda 24 oktyabrda yubileyini qeyd edəcək. Klub 1955-ci ildə yaradılıb.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarında "Əl-Nəsr"ə keçib. Bu mövsüm portuqaliyalı bütün turnirlərdə 39 matçda 33 qol vurub və 4 məhsuldar ötürmə edib. Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində Stefano Piolinin komandası 32 matçdan sonra 64 xalla dördüncü pillədə qərarlaşıb.