Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Sloveniya toplanışını başa vurub. Avqustun 14-dən başlayan hazırlığı yekunlaşdıran yığmamız bu gün ordan birbaşa Macarıstana yollanacaq. Komandamız Budapeşt şəhərində keçiriləcək Avropa çempionatına qatılacaq.
2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi məşqlərini Türkiyənin İstanbul şəhərində davam etdirir. Komandamız Türkiyə millisi ilə yoldaşlıq görüşündə üz-üzə gəlib.
2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamız dünən Bolqarıstana yola düşüb. Komandamız daha sonra Rusiya və Türkiyədə təlim-məşq toplanışında olacaq.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.