Messi, Firmino, Son, yoxsa de Liqt?
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. UEFA bu ada 4 namizəd müəyyənləşdirib. Bunlar "Barselona"nın lideri Lionel Messi, "Ayaks"ın müdafiəçisi Matteys de Liqt, "Tottenhem"in yarımmüdafiəçisi Hun Min Son və "Liverpul"un hücumçusu Roberto Firminodu.


























