Azərbaycan Premyer Liqasının VII turu “Zirə”nin futbolçusu İlkin Muradov üçün ikiqat əlamətdar olub. Matc.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, “Qəbələ” ilə ev matçı (1:1) 23 yaşlı yarımmüdafiəçinin “qartallar”ın heyətində 50-ci oyun olub.

2016/17 mövsümündə komandada debüt edən İlkin çempionatda 43, kubokda 7 qarşılaşmaya çıxıb. O, “Zirə”də 50 və daha çox matç keçirən 13-cü futbolçudu.

Muradov “Qəbələ”ylə görüşündəki yubileyini qolla qeyd edib. Bu, yarımmüdafiəçinin “qartallar”da ümumilikdə 2-ci topudu. O, ilk dəfə 2018-ci il dekabrın 15-də “Səbail”lə Azərbaycan kubokunun matçında fərqlənmişdi.

Zirə İdman Kompleksinin stadionunda vurulan son qol isə İlkinin Premyer Liqada ilk topu olub. O, komandanın tarixində yüksək dəstədə qol sevinci yaşayan 38-ci futbolçudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest