Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tailandın paytaxtı Banqkok şəhərində keçirilən "HSBC BWF World Tour Super 500" seriyalı "Tailand Open-2022" turnirində çıxış edib. Matc.az xəbər verir ki, nüfuzlu turnirin təsnifat mərhələsindən 1/16 finala vəsiqə qazanan Edi bu mərhələdə kişi badmintonçuların şəxsi reytinqində 6-cı sırada qərarlaşan Malaziya təmsilçisi Li Zi Jia ilə qarşılaşıb.
 
İlk setdə rəqibinə ciddi müqavimət göstərən badmintoçumuz rəqibinə 19-21 hesabı ilə uduzub. İkinci seti aşkar üstünlüklə (9-21) bitirən Li Zi Jia turnirin 1/8 finalına vəsiqə qazanıb.
 
Təsnifat mərhələsində 2 qələbə qazanan Edi hesabına 2220 reytinq xalı yazdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest