Tanınmış ingiltərəli hücumçu Ceymi Vardiyə məxsus "Jamie Vardy's Having a Party" yutub kanalı Almaniya Bundesliqasının rəsmi yayımçısı olub.

Matc.az xəbər verir ki, bu barədə Bundesliqanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yutub kanalı Böyük Britaniya və İrlandiya ərazisində 2026/27 mövsümünün Bundesliqasının 7 cümə oyununu yayımlamaq hüququ əldə edib.

Bunlardan birincisi bu gün Bakı vaxtı ilə saat 22:30-da baş tutacaq "Bavariya" və "Ştuttqart" komandaları arasındakı yeni mövsümün açılış matcıdır.

Kanal təkcə oyunları yayımlamaqla kifayətlənməyəcək. Vardi dəvət olunmuş qonaqlarla birlikdə Bundesliqadakı hadisələrin gedişatı barədə fikirlərini bölüşəcəyi podkast da təqdim edəcək.

Hücumçu media fəaliyyətini futbolçu karyerası ilə birləşdirəcək. 39 yaşlı ingiltərəli İtaliyanın "Kremoneze" klubundakı mövsümdən sonra azad agent statusundadır. Onun karyerasını "San-Paulu"da davam etdirə biləcəyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest