"Trabzonspor"un hücumçusu Məhəmməd Salah Avropa Liqasının təsnifat mərhələsinin pley-off cavab oyununda Macarıstanın "Ferentsvaroş" klubuna qarşı keçirilən matçdakı böyükhesablı məğlubiyyət (0:4) barədə açıqlama verib.

Matc.az xəbər verir ki, misirli futbolçu bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli hücumçu turnirdən kənarlaşdıqdan sonra azarkeşlərə səslənib: "Karyeramda heç nə asan başa gəlməyib. Uğursuz axşamlar və məyusluqlar futbolun bir hissəsidir. Mən bunları motivasiyaya və kuboklara çevirməyi öyrənmişəm. "Trabzonspor" mənim klubumdur və mən bütün qəlbimlə, ruhumla bu layihənin bir hissəsiyəm. Ötən axşam baş verənlər bunu dəyişməyəcək. Gözləntilərin yüksək olduğunu bilirəm və hər şeyin yaxşı olacağına, uğur qazanacağımıza ürəkdən inanıram. "Mən bura qalib gəlmək üçün gəlmişəm" ifadəsi mənim üçün sadəcə söz deyil", - deyə Salah paylaşımında bildirib.

Qeyd edək ki, "Trabzonspor" çıxışını Konfrans Liqasında davam etdirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest