08 İyun 2026, 19:41
FUTBOL
"Lids Yunayted" "Sportinq"də çıxış edən Usman Diomandemi transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
Fil Dişi Sahili milli komandasının üzvü Premyer Liqada oynamağa isti yanaşır. Portuqaliyalı klubu Diomande üçün 50 milyon avro tələb edir.
"Çelsi", "Mançester Yunayted" və "Arsenal" da 22 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır.
Qeyd edək ki, Usman Diomande ötən mövsüm Lissabon təmsilçisinin heyətində keçirdiyi 31 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

_1780954028.jpg)








_1780934073.jpg)


