Türkiyənin "Fənərbaxça" idman klubunun Kadıköydə keçirilən növbədənkənar seçkili ümumi qurultayında tarixi geri dönüş qeydə alınıb.

Türkiyənin "Fənərbaxça" idman klubunun Kadıköydə keçirilən növbədənkənar seçkili ümumi qurultayında tarixi geri dönüş qeydə alınıb.

Matc.az xəbər verir ki, uzun illər İstanbul nəhənginə rəhbərlik etmiş Əziz Yıldırım, rəqibi Hakan Safi ilə gərgin keçən prezidentlik yarışında böyük səs çoxluğu qazanaraq klubun yeni rəhbəri seçilib.

İstanbulun Kadıköy rayonunda təşkil olunan bu səsvermədə "sarı-lacivərdli" camiənin böyük marağı sayəsində ümumilikdə 27 min 138 konqres üzvü iştirak edib. Rəsmi olmayan ilkin nəticələrə görə, Əziz Yıldırım 17 245 səs topladığı halda, onun rəqibi Hakan Safi 9 927 səsdə qalıb. Artıq Hakan Safi də rəsmən Əziz Yıldırımı qələbə münasibətilə təbrik edib.

Xatırladaq ki, 73 yaşlı iş adamı 1998-2018-ci illər arasında düz 20 il fasiləsiz olaraq "Fənərbaxça"nın prezidenti vəzifəsini icra edib və klubun simvollarından birinə çevrilib. O, 2018-ci ildə Ali Koça uduzduqdan sonra idarəetmədən uzaqlaşmışdı.

Beləliklə, təcrübəli funksioner düz 8 il 4 gündən sonra yenidən klubun idarəçiliyini əlinə alıb. 2013/14 mövsümündən bəri Türkiyə Superliqasında çempionluq üzünə həsrət qalan klubda Əziz Yıldırımın gəlişi ilə böyük islahatların və yeni transfer dalğasının başlayacağı gözlənilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest