08 İyun 2026, 11:32
FUTBOL
"Brayton"un müdafiəçisi Yan Paul van Hekke İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Voetbal International" nəşri məlumat yayıb.
"Tottenhem" niderlandlı futbolçunu transfer etmək istəyir. London təmsilçisi 26 yaşlı mərkəz müdafiəçisi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında anlaşma əldə olunsa, keçid baş tutacaq.
Qeyd edək ki, Niderland millisinin üzvü olan Yan Paun van Hekke ötən mövsüm "Brayton"un heyətində keçirdiyi 40 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib.













