"İnter" heyətini yeni qapıçı ilə gücləndirməyə hazırlaşır.

Matc.az xəbər verir ki, İtaliya çempionunun əsas hədəfi "Latsio"da çıxış edən İvan Provedeldir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Milan təmsilçisi İtaliya millisinin üzvü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "İnter"in 32 yaşlı qolkiperin klubu ilə danışıqlara başlayacağı və transferi yekunlaşdıracağı bildirilir.

Qeyd edək ki, İvan Provedel ötən mövsüm "Latsio"nun heyətində keçirdiyi 29 oyunda qapısında 30 qol görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest