08 İyun 2026, 15:54
FUTBOL
"Qalatasaray" "Yuventus"la müqaviləsi başa çatan Duşan Vlahoviçi heyətinə qatmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Türkiyə Super Liqasının qalibi azad agent statusunda olan serbiyalı hücumçu ilə danışıqlara başlayıb. İstanbul nəhəngi 26 yaşlı forvarda illik 10 milyon avro maaş və 5 milyon avro imza bonusu təklif edib.
Qeyd edək ki, Duşan Vlahoviç ötən mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə keçirdiyi 23 oyunda 10 qol vurub, 2 qol ötürməsi edib.













