UEFA "Qarabağ"ın hesabına 4 milyon avroya yaxın vəsait köçürdü
"Qarabağ"ın 2019-2020 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar qitə futbol qurumu tərəfindən ayrılmış 2 milyon 750 min avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb. Bu məbləğ AL-in qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.