13 Fevral 2020, 18:29
FUTBOL
İtaliyanın "Yuventus" klubu sığorta şirkəti olan "Allians"la yeni sponsorluq müqaviləsi imzalayıb. Matc.az xəbər verir ki, bu barədə Turin klubunun saytı məlumat yayıb.
Məlumatda, şirkətlər arasında yeni – 2030-cu ilin iyulunadək nəzərdə tutulan müqavilənin imzalandığı açıqlanıb. Yeni müqaviləyə görə, növbəti on il ərzində komandanın oyundan əvvəl məşqlərində üzərində şirkətin loqosu olan formalardan istifadə olunacaq. Yeni müqavilə sayəsində "Yuventus" 103,1 milyon avro qazanacaq.
"Yuventus"un stadionunun ad hüququ da sözügedən şirkətlə bağlıdır.
Klubla şirkət arasındakı müqavilə 2023-cü ilin yayınadək nəzərdə tutulurdu.