Yanvarda "Barselona" "Bayer"in mərkəz müdafiəçisi Conatan Ta ilə ilkin müqavilə imzalaya bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Leverkuzen təmsilçisinin 28 yaşlı müdafiəçinin hələ yenilənməmiş müqaviləsi gələn ilin yayında başa çatır, ona görə də futbolçu qanuni olaraq istənilən klubla danışıqlara başlaya bilər.

Kataloniya klubu ilə razılıq əldə olunarsa, o, azad agent kimi keçəcək. Maraqlıdır ki, "Barselona"nın təklifi maliyyə baxımından digər iddiaçılardan daha aşağıdır, lakin Ta özü La Liqada oynamaq və Hans Fliklə işləmək istəyir.

Xatırladaq ki, Ta bu mövsüm komandasının bütün turnirlərdə 23 oyununda iştirak edib və 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest