Azərbaycanın qadın FIFA referisi Fəridə Lütfəliyevanın gələn ilin yanvarında Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışından kənarda qalmasının səbəbi bəlli olub.

Matc.az xəbər verir ki, 36 yaşlı hakim Misli Premyer Liqasının oyunlarına təyinat almadığı üçün hazırlıq prosesində iştirak etməyəcək.

F.Lütfəliyevanın adı AFFA-nın bu ilin may ayında təsdiqlədiyi Elit Kateqoriyada olmadığı üçün o, yüksək liqanın matçlarını idarə edə bilmir. Milli assosiasiyanın təşkil edəcəyi təlim-məşq toplanışı isə yalnız Misli Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və onların köməkçiləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, hakimlərin təlim-məşq toplanışı yanvarın 6-dan 12-dək davam edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest