Qazaxıstan Futbol Federasiyası (QFF) Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib. Matc.az xəbər verir ki, qurum Aktauda baş verən hadisədən böyük üzüntü yaşadığını bildirib.

Federasiyanın paylaşımında Azərbaycan xalqına dəstək nümayiş etdirilib: “Aktauda Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzası nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, həmçinin qardaş Azərbaycan xalqına dərin başsağlığı veririk”.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dünən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.