“Fənərbaxça” “Mançester Siti”nin ulduz futbolçusu Kevin De Bruyneni heyətinə qata bilər. Matc.az xəbər verir ki, İstanbul nəhəngi baş məşqçisi Joze Mourinyonun şəxsi əlaqələrindən istifadə edərək bu transferi reallaşdırmaq niyyətindədi.

Belçika millisinin lideri ABŞ və Səudiyyə Ərəbistanı klublarının da maraq dairəsindədi. 33 yaşlı pleymeykerin “şəhərlilər”lə müqavilə müddəti mövsümün sonuna qədərdi.

Qeyd edək ki, Kevin De Bruyne bu mövsüm 10 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest