26 Dekabr 2024, 15:32
FUTBOL
“Real” heyətində təmizləmə işləri aparacaq. Matc.az xəbər verir ki, İspaniya nəhəngi iki fransalı oyunçusunu göndərəcək.
Belə ki, “kral klubu” Ferlan Mendi və Orelyen Çuamenini transferə çıxarmaq qərarına gəlib. Onlar artıq baş məşqçi Karlo Ançelottinin gələcək planında yer almırlar. “Real” Mendi və Çuameni üçün qış fasiləsində transfer təklifləri gözləyir.
Qeyd edək ki, Mendinin müqaviləsi 2025-ci ilin, Çuameninin sözləşməsi isə 2028-ci ilin yayına qədərdi.