"Yuventus"un qapıçısı Canluicci Buffon İtaliya kubokunun yarımfinalında "Milan"la oyundan sonra (1:1) maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, 42 yaşlı qolkiper "Milan"ın əfsanəvi futbolçusu Paulo Maldininin oğlu Daniel Maldini ilə forma dəyişdirməsinə münasibət bildirib:
 
"Kolleksiyamda Kyeza, Türam və Veanın həm özlərinin, həm də oğullarının formaları var idi. İndi isə Maldininin oğlundan forma aldım. Artıq onların nəvələrini gözləyirəm".
 
Qeyd edək ki, 2001-ci ildən "Yuventus"da çıxış edən Buffon 2018-2019 mövsümündə PSJ-də oynayıb, ötən il isə yenidən Turin klubuna qayıdıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest