Portuqaliya çempionatının 2-ci liqasında XX turun oyunları davam edir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" növbəti oyununu keçirib.

Təmsilçimizin komandası səfərdə "Leykoeş"lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə 2:0 hesabı ilə qalib gəlib.

Dadaşovun adı bu matçın protokoluna daxil edilməyib.

Qeyd edək ki, 20 oyunda 33 xal toplayan "Eştoril" 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest