Azərbaycanlı futbolçu Coşqun Diniyevin komandası Türkiyə I Liqasında növbəti qələbəsini qazanıb.

Matc.az xəbər verir ki, Diniyevin formasını geyindiyi "Bandırmaspor" öz meydanında "Karagümrük"lə qarşılaşıb.

IX tur çərçivəsində keçirilən görüçün taleyini 1 qol həll edib. Birinci hissədə hesabı açan Bandırma təmsilçisi üstünlüyünü sonadək qoruyub.

Start heyətində yer alan Coşqun 73-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu qələbədən sonra Diniyevin komandası 4-cü pilləyə yüksəlib. Son 4 oyunda uduzmayan "Bandırmaspor"ım hesabında 15 xal var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest