"Barselona"nın prezidenti Joan Laporta Kataloniya klubunun ötən yay "RB Leypsiq"dən 26 yaşlı hücumameyilli yarımmüdafiəçi Daniel Olmonu hansı qiymətə aldığını açıqlayıb.

Matc.az xəbər verir ki, o, bu barədə "Mundo Deportivo"ya açıqlama verib.

"Əvvəllər investisiyalarla bağlı problemlərimiz var idi, lakin bununla idman direktorumuz məşğul olurdu. Bizim yeganə transferimiz Olmo və Pau Viktor olub. Böyük transferlər üçün 50 milyon avro məbləği nəzərdə tuturduq, lakin Olmo bizə 47 milyon avroya başa gəldi".

Qeyd edək ki, Kataloniya klubunun ispaniyalı futbolçu üçün 55 milyon avro ödədiyi barədə məlumat yayılmışdı. "Transfermarkt" portalında Olmonun bazar dəyəri 60 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest