Argentinalı hücumçu Lionel Messinin çıxış etdiyi Amerikanın MLS klubu "İnter Mayami" FİFA tərəfindən 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatına dəvət alacaq.

Argentinalı hücumçu Lionel Messinin çıxış etdiyi Amerikanın MLS klubu "İnter Mayami" FİFA tərəfindən 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatına dəvət alacaq.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat paylaşıb.

Bildirilir ki, FİFA MLS çempionunun müəyyənləşməsini gözləmədən ev sahibi ölkədən yeganə kvotanı "İnter Mayami"yə verməyi planlaşdırır. Bunun yaxın vaxtlarda rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, turnir 2025-ci ilin yayında ABŞ-da keçiriləcək və 32 klubun iştirakı ilə yeni formatda oynanan ilk klublararası dünya çempionatı olacaq.

"İnter Mayami"mövsümün bitməsinə bir tur qalmış 33 matçda 71 xal toplayıb. MLS-də çempion pley-offun nəticələrinə görə müəyyənləşir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest