"Bayer"in baş məşqçisi Xabi Alonso Leverkuzen müdafiəçisi Nordi Mukielenin "Real"ın hücumçusu Kilian Mbappe ilə birlikdə Stokholma səfərindən danışıb.

Matc.az xəbər veirir ki, Alonso futbolçunun buna görə cəza almayacığını deyib.

"O cəzalandırılmayacaq. Nordi ilə bu məsələ ilə bağlı qısaca fikir mübadiləsi apardıq. Ona dörd gün istirahət verilib. Onu cəzalandırmaq üçün heç bir şey yoxdur. Mukielenin İsveçdə qalması ilə bağlı təfərrüata varmadım".

Xatırladaq ki, İsveç mediası yerli polisin Mbappenin şübhəli olduğu zorlama işi açdığını bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest