"Barselona" və "Bavariya" "Liverpul"un 26 yaşlı sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold üçün "Real" ilə rəqabət aparmağa hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə "talkSport" məlumat yayıb.

Bildirilir ki, hazırda ingilis futbolçu "Liverpul"la 2025-ci ilin yayında başa çatacaq müqavilənin uzadılması ilə bağlı razılığa gəlməyib, lakin tərəflər arasında danışıqlar davam edir.

Bundan əvvəl mətbuatda Aleksander-Arnoldun bu yay azad agent kimi Madrid klubuna keçməyə razı olduğu barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, Müdafiəçi "Liverpul" klubunun yetirməsidir. O, 2016-cı ildən əsas komandada çıxış edir. "Transfermarkt" portalında futbolçunun dəyəri 70 milyon avro olaraq qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest