"Barselona"nın prezidenti Joan Laportanın "Mançester Siti"nin 24 yaşlı hücumçusu Erlinq Haalandı almaq istəyinə baxmayaraq, "Real" norveçli futbolçunu transfer etmək üçün Kataloniya klubundan daha böyük perspektivlərə malikdir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Patrik Berqer "X" sosial şəbəkəsində paylaşıb.

Bildirilir ki, Haalandın bir ölkə kimi İspaniyaya böyük rəğbəti var və o, La Liqada oynamaq arzusundadır. Bununla belə, norveçli hücumçunun yaxın vaxtlarda "Barselona" və ya "Real"a keçməsi asan görünmür.

Qeyd edək ki, Haalandın klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 200 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest