İngiltərə millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis Tomas Tuxelin yığmaya təyinatı rəsmən açıqlanıb.

Tuxel 2025-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq. Onun son iş yeri 2023-cü ilin martından 2024-cü ilin iyununa kimi rəhbərlik etdiyi “Bavariya” olub. Almaniyalı 2021-ci ilin yanvarından 2022-ci ilin sentyabrına qədər də “Çelsi”ni çalışdırıb.

Qeyd edək ki, İngiltərə millisinə bu ilin iyul ayına qədər Qaret Sautqeyt rəhbərlik edib. O, AVRO-2024-dən sonra komandanı tərk edib. İngilislər finalda İspaniyaya uduzub - 1:2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest