"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola, alman mütəxəssis Tomas Tuxel İngiltərə yığmasına keçdikdən sonra, klubla gələn ilin yayında başa çatacaq müqaviləsini uzatmağa daha yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Bildirilir ki, Tuxelin təyinatından əvvəl İngiltərə Futbol Assosiasiyası milli komandalarla işləməkdə maraqlı olan Qvardiola ilə əlaqə saxlayıb. Lakin tərəflər əməkdaşlıq barədə razılığa gəlməyiblər.

Hazırda Qvardiola "Mançester Siti" ilə yeni bir illik müqavilə imzalamaq variantını nəzərdən keçirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest