"Zenit" Rusiya Premyer Liqasının rekordunu təkrarlayıb. Sankt-Peterburq təmsilçisi startdakı 12 görüşdən 9-da qol buraxmayıb.

"Zenit" Rusiya Premyer Liqasının rekordunu təkrarlayıb.

Matc.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi startdakı 12 görüşdən 9-da qol buraxmayıb. Bu, oyunların 75 faizinə bərabərdir.

"Zenit" son 14 ildə bunu bacaran yeganə komandadır. Belə nəticə sonuncu dəfə 2010-cu ildə yaşanıb. Həmin vaxt "Rubin" ilk 12 oyunun 9-da qapısını toxunulmaz saxlayıb. Onda Kazan klubunu "Turan Tovuz"un indiki baş məşqçisi Kurban Berdıyev çalışdırırdı.

Qeyd edək ki, "Zenit" XII turda "Akron" üzərində səfər qələbəsi qazanıb – 5:0.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest