Bu gün Azərbaycan II Liqasında VII tura yekun vurulub.

Matc.az xəbər verir ki, turun son görüşündə "Ağdaş" "Haypers Quba"nı qəbul edib.

Qarşılaşma qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu turda oynanılmalı olan "Şəfa" – "Lerik" matçı təxirə salınıb.

II Liqa
VII tur

19 oktyabr (şənbə)

"Ağdaş" – "Haypers Quba" - 0:3
Qollar:
 N. Novruzov, 13 - pen., 72, E. Veysov, 27
Qırmızı vərəqə: Ü.Sarıyev, 37 ("Ağdaş")
Ağdaş şəhər stadionu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest