"Bavariya"nın 23 yaşlı sol cinah müdafiəçisi Alfonso Devis onun xidmətində maraqlı olan istənilən klubdan ildə 20 milyon avro maaş istəmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport" paylaşıb.

Bildirilir ki, kanadalı futbolçunun Münhen klubu ilə 2025-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması ehtimalı olduqca aşağıdır.

Hazırda Devisə ən fəal marağı "Real" göstərir, lakin onunla "Barselona" və "Mançester Yunayted" rəqabət apara bilər. Daha əvvəl müdafiəçi "Bavariya"nın illik 14 milyon avro təklifindən imtina etmişdi.

Qeyd edək ki, bu mövsüm Devis bütün yarışlarda 8 matçda iştirak edib və bir məhsuldar ötürmə edib.

23 yaşlı müdafiəçinin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest