"Liverpul"un baş məşqçisi Arne Slot lider oyunçuların komandanı tərk etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Matc.az xəbər verir ki, Slot bu cür xəbərlərin normal olduğunu açıqlayıb.

"Düşünürəm ki, siz futbolçularımızı düzgün qiymətləndirmirsiniz. Bu oyunçular gündəlik olaraq bütün top klublarla əlaqələndirilmələrinə öyrəşiblər.

Bu, bizim işimizin bir hissəsidir. Bu, yaşadığımız dünyanın bir hissəsidir. Sadəcə nə etməli olduğunuza diqqət yetirməlisiniz.

Bəlkə 17 və ya 18 yaşınız varsa, bu sizin üçün çətin ola bilər. Amma Trent liqa çempionu olub, Çempionlar Liqasını qazanıb, həmçinin Virgil və Salah da. Düşünmürəm ki, bu, onlar üçün problemdir və biz bunu hazırda görürük, çünki onlar həqiqətən yaxşı oynayırlar".

Xatırladaq ki, müxtəlif KİV-lər mövsümün sonunda Məhəmməd Salah, Trent Aleksandr-Arnold və Vircil van Deykin "Liverpul"u tərk edə biləcəyini yazır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest