24 qat "Böyük Dəbilqə" çempionu, serb tennisçi Novak Cokoviç Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən "Əl-Hilal"ın "Əl Feyha"ya 3:0 hesabı ilə qalib gəlib oyuna qatılıb.

Matc.az xəbər verir ki, Cokoviç serbiyalı futbolçular Sergey Milinkoviç-Saviç və Aleksandar Mitroviç ilə şəkil çəkdirib, həmçinin Neymardan imzalı köynək alıb.

Xatırladaq ki, Novak Cokoviç Ər-Riyadda keçirilən "Six Kings Slam" turnirində iştirak edir. Yarımfinal görüşündə serbiyalı dünyanın bir nömrəsi, italiyalı Yannik Sinnerə uduzub. O, üçüncü yer uğrunda görüşdə ispaniyalı Rafael Nadala qarşı oynayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest