Tovuzda baş tutacaq Qərb derbisini AFFA rəhbərliyi və Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Satuş da izləyəcək.

Misli Premyer Liqasının XI turunda "Turan Tovuz" doğma meydanda "Kəpəz"i qəbul edəcək.

Matc.az  xəbər verir ki, Tovuzda baş tutacaq Qərb derbisini AFFA rəhbərliyi və Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Satuş da izləyəcək.

Hazırda "Turan Tovuz" 18 xalla turnir cədvəlində ikinci sırada qəralaşıb. Aktivində cəmi 3 xal olan "Kəpəz" isə sonuncudur.

Qeyd edək ki, "Turan Tovuz" - "Kəpəz" matçı 25 oktyabrda, Tovuz şəhər stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest