"Mançester Yunayted"in bir çox oyunçusu klubun yeni şəriklisinin uzun müddət orada çalışan bir sıra əməkdaşlarını işdən çıxarması qərarından məyus olub.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, futbolçuların qəzəbinə səbəb təkcə əməkdaşların işdən çıxarılması deyil, həm də onlara qarşı olan davranışdır.

Məsələn, "Mançester Yunayted"in yeni müdirləri klubda 30 ildən çox işləyən işçini işdən çıxarıblar. "Qırmızı şeytanlar"ın düşərgəsindəki işinə görə heç kim ona təşəkkür etməyib. Klubdakı son günündə bu işçi göz yaşları içində ərazini təmizləyib.

Qeyd edək ki, daha əvvəl "Mançester Yunayted"in xərcləri optimallaşdırmaq üçün bəzi əməkdaşlarını işdən çıxardığı bildirilirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest