"Mançester Siti" 2023-cü ilin yayında hücumameyilli yarımmüdafiəçi Koul Palmeri "Çelsi"yə satmağın səhv olduğunu anlayıb və 22 yaşlı futbolçunu komandaya qaytarmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Bildirilir ki, London klubu Palmeri buraxmaq istəmir, lakin onun üçün yüksək məbləğdə pul təklif olunarsa, bu imkanı nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, bu mövsüm Palmer bütün yarışlarda 9 oyunda meydana çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

22 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2033-cü ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 90 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest