"Liverpul" 33 yaşlı Vircil van Deykin potensial əvəzləyicisi kimi gördüyü Dortmund "Borussiya"sının 24 yaşlı mərkəz müdafiəçisi Niko Şlotterbeklə maraqlanır.

Matc.az xəbər verir ki, bu abrədə "Caught ofsayd" məlumat yayıb.

Bildirilir ki, ingilis klubu Şlotterbekin transferi üçün 50 milyon avro təklif etməyə, həmçinin ona ildə 7 milyon avro maaş verməyə hazırdır.

"Liverpul" almaniyalı futbolçu üçün "Nyukasl" ilə rəqabət apara bilər.

Qeyd edək ki, bu mövsüm Şlotterbek bütün yarışlarda 9 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.

24 yaşlı mərkəz müdafiəçisinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 40 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest