İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah Misir yığmasının martda keçiriləcək oyunlarına çağırılmayacaq. Matc.az xəbər verir ki, Misir Futbol Federasiyası ölkənin ulduz oyunçusuna istirahət verilməsi üçün bu addımı atıb.

26 yaşlı futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsinin Niger və Nigeriya ilə qarşılaşmalarında iştirak etməyəcək. Bu matçlar martın 22-də və 26-da keçiriləcək.

Artıq final mərhələsinə vəsiqəni təmin edən misirlilər formal xarakterli görüşləri Salahsız keçirməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, misirli Premyer Liqanın cari mövsümünün 25 oyununda 16 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest