İspaniya La Liqasında yanvar ayının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, azarkeşlər arasında keçirilən sorğunun nəticəsini "Marca" nəşri açıqlayıb.

Səsvermədə hamıdan çox xal toplayan "Atletik"in hücumçusu İnyaki Uilyams hər kəsi qabaqlayıb. 24 yaşlı forvard ötən ay keçirdiyi 4 oyunda 3 qola imza atıb. Klubu isə 3 qələbə qazanıb və bir görüşdən bərabərliklə ayrılıb.

Qeyd edək ki, İnyaki cari mövsümün geridə qalan oyunlarında 22 qarşılaşmada meydana çıxıb və 7 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest