"Real"ın direktoru Emilio Butragenyo çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Mançester Siti"yə məğlubiyyəti (3:4) şərh edib. Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, "kral klubu"nun rəsmisi İngiltərədə keçirilən oyunu heyrətamiz adlandırıb:
 
"Tamaşaçı baxımından inanılmaz bir matç oldu. Bu gün gördüyümüz oyundakı kimi, hücumameylli və az sayda kobudluq edən iki komanda tapmaq çox çətindir. Futbol nöqteyi-nəzərindən bu, hər mənada heyrətamiz oyun idi".
 
"Real"la MS arasındakı cavab qarşılaşması mayın 4-də Madriddə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest