Türkiyədə təlim-məşq toplanışında olan "Krılya Sovetov" bu gün sonuncu hazırlıq matçını keçirib. Matc.az klubun rəsmi saytına istinadən məlumat verir ki, milli futbolçumuz Ramil Şeydayevin şərəfini qorudğu Samara təmsilçisi "Kaysar"la üz-üzə gəlib.

Görüş Premyer Liqa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətində başlayan Ramil 76 dəqiqə meydanda olub.

Qeyd edək ki, qış transfer dönəmində "Krılya Sovetov"a keçən əslən azərbaycanlı Aleksandr Səmədov da görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda mübarizə aparıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest