14 Avqust 2022, 21:30
MPL
Misli Premyer Liqasının 2-ci turunun "Qəbələ" - "Şamaxı" oyunundan (3:1) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Misli Premyer Liqasının 2-ci turunun "Qəbələ" – "Şamaxı" oyunundan (3:1) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Matc.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
"Bizi ağır oyunun gözlədiyini bilirdik. "Şamaxı" gənc və perspektivli futbolçulardan ibarət kollektivdir. Birinci hissəyə yaxşı başladıq. Hücumlarımızın ardını da gətirib qollar vurduq. İkinci yarıda daha çox hesabı qorumağa çalışdığımızı ya da gücümüzə qənaət etmək fikrində olduğumuzu düşünürəm. Nəticə də daha rahat oynamağa imkan verirdi. Komandanın matça yanaşmasından razıyam. İnanıram ki, qarşıdakı turlarda daha məzmunlu və daha yaxşı oyun görəcəyik. Futbol emosiya oyunudur. Oyunda hər futbolçu öz emosiyasını göstərə bilər. Matçın ağır ya yüngül keçməsinə gəlincə, futbolçular ilk yarıda oyunu ələ almaq üçün əllərindən gələni etdilər. Bu, komandanın maksimumu deyil. Meydana sonradan daxil olan Omar Hani, ülvi İsgəndərov və Ramon Maçado əsas heyət üzvləridir. Ola bilər ki, oyuna qoşula bilməsinlər. Onlara güvənirik, əsas heyət üzvü kimi görürük".