2015-2016-cı illərdə "Viktoriya"nın (Plzen) baş məşqçisi olmuş Karel Kreyçiy Çexiya mətbuatına müsahibəsində bugünkü oyundan danışıb.

2015-2016-cı illərdə "Viktoriya"nın (Plzen) baş məşqçisi olmuş Karel Kreyçiy çexiya mətbuatına müsahibəsində bugünkü oyundan danışıb. Matc.az xəbər verir ki, o, bunları söyləyib:

"Şübhəsiz ki, "Qarabağ" çətin rəqibdir. "Viktoriya"nı heç də asan cavab oyunu gözləmir. "Qarabağ" hörmət edilməli rəqibdir. "Ferentsvaroş" da III təsnifat mərhələsində Bakıda 1:1 hesabı ilə bərabərə qalmışdı, lakin sonra evdə uduzdular. Bu, komandanın gücünü göstərir. Onların məşqçisi uzun illərdir ki, komandaya rəhbərlik edir. Onun bəlli futbol baxışları var, evdə də, səfərdə də eyni üslubda oynamağa çalışırlar. Demək olar ki, bu, onlarda alınır. "Viktoriya"ya dolu stadion dəstək olacaq. Komandanın özəyi çox təcrübəlidir. Heydaya görə təəssüflənirəm. Onun işini kimsə öz üzərinə götürməlidir. Şübhəsiz ki, "Viktoriya" çempionlar Liqasının qrupuna yüksəlmək üçün hər şeyə sahibdir".
 
O, "Qarabağ"ı məğlub etməyin yollarını da göstərib: "Doğma divarlar arasındakı üstünlükdən istifadə etmək lazımdır. Oyunda "Viktoriya"nın təzyiq altında qalacağı hücumlar olacaq. Mütləq standart vəziyyətlər yaratmaq lazımdır. "Viktoriya" ilk oyunda mənə yaxşı təsir bağışladı. Onun standartlarda gücü var və belə anlardan yararlana bilərlər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest